"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli qərarı ilə təsis edilmişdir. Medalın müəllifləri rəssamlar E. M. Romanov və İ. K. Andrianovdur.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı | |
---|---|
Медаль «За победу над Германией в Великой Отечественной войне 1941—1945 гг.» | |
|
|
Ölkə | |
Tip | döyüş medalı[d] |
Status | təqdim olunmur |
Statistika | |
Parametrlər |
diametr — 32 mm material — bürünc |
Təsis tarixi | 9 may 1945 |
Təltif sayı | 14.933.000 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı |
Aşağı mükafat | "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.
"1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilsin:
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 07.07.1945-ci il tarixli qərarı ilə medal haqqında Əsasnaməyə edilən əlavəyə əsasən, "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı həm də Xalq Daxili İşlər Komissarlığı orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komissarlığının şəxsi heyətinə verilmişdir.
"1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı sinənin sol tərəfində, SSRİ-nin digər medallarından "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalından sonra taxılır.
"1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ən populyar medal hesab olunur. 1 yanvar 1995-ci ilə qədər təqribən 14.933.000 şəxs "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub.
Mükafatlandırılanlar arasında, Alman ordusu və müttəfiqlərinə qarşı döyüşlərdə iştirak edən Bolqarıstan silahlı qüvvələrinin 120 min hərbçisi də var.